BURADA REKLAMINIZ OLA
BİLƏR

Harvard Universitetinin 2,7 milyon dollarlıq qrantı ləğv edildi

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvard Universitetinə ümumi dəyəri 2,7 milyon dollardan çox olan iki qrantı ləğv edib.

 

Bu barədə nazirliyin yaydığı sənəddə deyilir.

 

"Bu gün ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem nazirliyin Harvard Universitetinə ümumi məbləği 2,7 milyon dollardan çox olan iki qrantının ləğv edildiyini açıqladı", - sənəddə deyilir.

 

Bu addımların ABŞ prezidenti Donald Trampın Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq federal maliyyəni dondurmaq qərarından və institutun vergidən azad statusunun nəzərdən keçirilməsi təklifindən sonra atıldığı bildirilir.

 

APA

Tarix: 17 Aprel 2025, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin