BURADA REKLAMINIZ OLA
BİLƏR

Boy uzanması genetik deyilmiş - Bu üsullarla boyu artırmaq mümkündür

Boy uzanması genetik, endokrin və metabolik sistemlərin sağlam fəaliyyəti ilə birbaşa əlaqəli olsa da, düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik də boy artımını əhəmiyyətli dərəcədə dəstəkləyir.

 

Pravda.az xəbər verir ki, zülal, D vitamini, sink və maqnezium kimi maddələr sümüklərin və əzələlərin inkişafını sürətləndirərək boyun uzanmasına müsbət təsir göstərir.

 

Boy necə uzanır?

 

Boy artımı davam edən yaşlarda düzgün və balanslı qidalanma, həkim nəzarəti ilə qəbul edilən əlavələr, kifayət qədər yuxu, düzgün duruş və fiziki məşqlər - xüsusilə üzgüçülük və basketbol kimi idman növləri - boy uzanmasına kömək edir. Eyni zamanda, onurğanın elastikliyini qorumaq və əyilmələrdən uzaq durmaq da vacib məqamlardandır.

 

Boy uzanmasına kömək edən qidalar

 

Mütəxəssislər boy uzanmasını dəstəkləyən əsas qidaların süd məhsulları, yağlı balıqlar, toyuq əti və C vitamini ilə zəngin meyvələr olduğunu bildirir. Qida rasionunda zülal, karbohidrat, sağlam yağlar, vitamin və mineralların balanslı şəkildə yer alması tövsiyə olunur.

 

Bu məhsullar boy uzanmasına kömək edir:

 

Süd, qatıq, pendir və kefir kimi süd məhsulları

 

Portağal, kivi, qreypfrut kimi C vitamini ilə zəngin meyvələr

 

Somon, sardina kimi yağlı balıqlar

 

Toyuq əti

 

Avokado, badam, noxud, mərci

 

Kök, ispanaq, brokoli və digər yaşıl yarpaqlı tərəvəzlər

 

Şirin kartof

 

Böyürtkən, çiyələk, moruq

 

Lobya

 

Uşaqlarda boy uzanmasını dəstəkləyən qidalar

 

Uşaqlarda sağlam böyümə prosesi üçün protein, D vitamini və kalsiumla zəngin məhsulların qəbulu önəmlidir. Az yağlı süd məhsulları, yumurta, toyuq və balıq uşaqlarda boy artımını stimullaşdırır. 9–18 yaş arası uşaqlar gündəlik 1300 mq kalsium qəbul etməlidir.

 

Faydalı məhsulların bəzi xüsusiyyətləri:

 

Toyuq: Protein və B qrup vitaminləri ilə zəngindir, sümüklərin inkişafını dəstəkləyir.

 

Yumurta: Zülal, D və B vitaminləri, dəmir və fosforla zəngindir.

 

Yağlı balıqlar: D vitamini və Omega-3 yağ turşuları ilə sümüklərin formalaşmasına kömək edir.

 

Yaşıl tərəvəzlər: Kalsium, dəmir və C vitamini ilə zəngindir, sümük sağlamlığını qoruyur.

 

Badam: Bitki mənşəli protein, maqnezium, sink və E vitamini ehtiva edir.

 

Şirin kartof: A, B6 və C vitaminləri ilə yanaşı, manganez baxımından da zəngindir.

 

Lobya: Kalsium, maqnezium, K vitamini və proteinlə zəngin olub, boy uzanmasına yardım edir.

 

Boy nə vaxta qədər uzanır?

 

Uşaqlarda boy uzanması əsasən Yeniyetməlik dövrünə qədər davam edir. Qızlarda bu proses adətən ilk menstruasiyadan 2-3 il sonra dayanır və təxminən 15 yaşına qədər uzanır. Oğlanlarda isə bu dövr daha uzun çəkir və boy artımı 17-18 yaşa qədər davam edə bilər.

 

Boy uzanmasına kömək edən vitaminlər

 

D vitamini

 

A vitamini

 

B1 vitamini

 

C vitamini

 

F vitamini

 

Bu vitaminlər süd, somon balığı, yumurta, gül kələmi, qoz, avokado və tam taxıllı məhsullarda bol miqdarda mövcuddur.

 

Genetik faktorlar nə qədər önəmli olsa da, düzgün qidalanma, yetərli yuxu və müntəzəm fiziki fəaliyyətlə boy uzanmasını dəstəkləmək mümkündür. Uşaqlıqdan başlayan sağlam həyat tərzi gələcəkdə daha sağlam və boyu uzanmış fərdlər yetişməsinə imkan yaradır.

 

Əminə Bayramova

Tarix: 17 Aprel 2025, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin