Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülüstan Əliyeva “Kalinka” rəqsindən danışdı: “Çox iradlar oldu, Amerika açıblar, burda nə var ki?”

Əməkdar artist Gülüstan Əliyeva aparıcı Elgiz Əkbərlə müğənni Ayan Babakişiyevanın doğum günündə yayılan “Kalinka” rəqsinin videosunu sildirmək istəməsinə aydınlıq gətirib.

 

G.Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, “Kalinka” rəqsinə görə ona çox iradlar bildirilib.

 

“Gecədən səhərə kimi mənə iradlar, mesajlar gəldi. Buna görə Elgizə dedim ki, bəlkə, videonu siləsən? Elgiz də dedi ki, yox, niyə silirəm, qoy qalsın. İnanın, elə yorğun idim ki, heç rəqs etmək modunda deyildim. Elgiz mənim yaxın dostumdur. Onu qıra bilmədim, rəqs etməyə qalxdım. Elə çəkib paylaşıblar ki, guya nə olub. Amerika açıblar. Toya gedən oynayar də. Burada qəribə nə var ki? Sadəcə, mənə çox iradlar oldu...” – Əməkdar artist bildirib.

 

Aytəkin Qardaşova

 

Tarix: 17 Aprel 2025, 12:05   
Xəbər lenti
Çox oxunanlar