BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranda sevgilisini döyən şəxsə hökm oxundu

Xətai Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Hafiz Nəbiyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə bu ilin əvvəlində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranlarından birində qeydə alınıb.

 

Belə ki, Hafiz Nəbiyevlə restoranda qabyuyan işləyən, qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Səbinə Əsədova (ad, soyadı şərtidir) arasında münasibətlər zəminində mübahisə baş verib. Bu zamanı o, qadının baş nahiyəsinə əli ilə vurub onu döyərək, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Hafiz Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2025, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin