BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla DSX əməkdaşını vuraraq öldürən şəxsə cəza verildi

Ucar Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Fikrət İslamovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 05 oktyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən 216,5-ci kilometirliyində qeydə alınıb.

 

Belə ki, Fikrət İslamov idarə etdiyi “Daimler Chrysler E200” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, Göyçay sakini, 1997-ci il təvəllüdlü, zərərçəkmiş Elçin İslamovu vurub. Nəticədə piyada hadisə yerində ölüb

 

Hadisədən sonra sürücü saxlanılıb və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

 

Zərərçəkmişin hüquqi varisi olan atası məhkəmədə bildirib ki, hazırda Fikrət İslamov tərəfindən dəymiş ziyan tam ödənilib, onunla barışıb, heç bir iddiası, şikayəti və maddi tələbi yoxdur.

 

Qeyd: Elçin İslamov Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu imiş. O, Cəbrayıl rayonunda xidmət edirdi.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2025, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin