BURADA REKLAMINIZ OLA
BİLƏR

Boğaz ağrısına qarşı evdə tətbiq edə biləcəyiniz təbii üsullar

Boğaz ağrısı boğaz nahiyəsində yanma, qaşınma, quruluq və udqunarkən ağrı hissi ilə özünü göstərən ümumi şikayətdir.

 

Pravda.az bildirir ki,  bu hal adətən farenjit, soyuqdəymə, qrip, boğazın qıcıqlanması və ya allergiyalar səbəbilə yaranır. Əksər hallarda bir neçə gün ərzində öz-özünə keçsə də, bəzi hallarda antibiotiklərlə müalicə tələb oluna bilər.

 

Boğaz ağrısına səbəb olan əsas faktorlar bunlardır:

 

Virus və bakterial infeksiyalar (məsələn, qrip, soyuqdəymə, COVID-19, streptokok)

 

Allergiyalar (toz, heyvan tükləri və s.)

 

Quru və çirkli hava

 

Kimyəvi maddələr və tütün tüstüsü

 

Reflü xəstəliyi (GERD)

 

HİV və digər immun çatışmazlıqları

 

Boğazda və ya dil-dodaq nahiyəsində şişlər

 

İnfeksiyaya bağlı boğaz ağrıları

 

Boğaz ağrısının səbəbi çox vaxt viruslardır. Bu viruslara aşağıdakılar daxildir:

 

Soyuqdəymə

 

Qrip

 

CMV virusu

 

Suçiçəyi

 

Qızılca

 

COVID-19

 

Boğaz ağrısı ilə müşayiət olunan ümumi simptomlar:

 

Boğazda yanma və ağrı

 

Udqunma və danışarkən artan ağrı

 

Bədən hərarəti, öskürək, burun axması

 

Səsin batması

 

Uşaqlarda qusma, iştahsızlıq

 

Boğaz ağrısı 1 həftədən çox davam edərsə və ya aşağıdakı hallardan biri varsa, mütləq həkimə müraciət olunmalıdır:

 

Udqunma və nəfəsalma çətinliyi

 

Şiddətli boğaz ağrısı

 

Boyunda şişkinlik

 

Hərarətin uzun sürməsi

 

Risk qrupları

 

Uşaqlar və yeniyetmələr (xüsusilə 3-15 yaş arası)

 

Siqaret istifadəçiləri və passiv siqaretə məruz qalanlar

 

Allergiyaya meyilli şəxslər

 

Zəif immun sisteminə sahib olan şəxslər

 

Xroniki sinüzit və ya tez-tez tənəffüs yolu infeksiyası keçirənlər

 

Müalicə yolları

 

Boğaz ağrısının səbəbi virus infeksiyasıdırsa, xüsusi müalicəyə ehtiyac olmadan 5-7 gün ərzində keçər. Bu müddətdə bol su içmək, istirahət, bitki çayları və boğaz pastilləri köməkçi rol oynayır.

 

Əgər səbəb bakterial infeksiyadırsa, həkim antibiotik müalicəsi təyin edə bilər. Müalicə bitənədək dərmanların tam istifadə olunması vacibdir.

 

Boğaz ağrısı reflü, allergiya və ya şişlərə bağlıdırsa, səbəbə uyğun fərqli müalicələr tətbiq edilir.

 

Evdə tətbiq edilə bilən təbii vasitələr

 

Nanə, zəncəfil, çobanyastığı çayları

 

İlıq duzlu su ilə qarqara

 

Bal, limon və ilıq su qarışımı

 

Alma sirkəsi ilə qarqara

 

Nəmləndirici cihaz və buxar vannası

 

İstirahət və yuxu

 

Qarşısının alınması üçün tövsiyələr

 

Əllərin tez-tez yuyulması

 

Xüsusi əşyaların (qab, dəsmal və s.) paylaşılmaması

 

Öskürərkən və asqırarkən ağız və burunun örtülməsi

 

Alkoqol əsaslı antiseptiklərdən istifadə

 

Havanın nəmləndirilməsi

 

Tütün tüstüsündən uzaq durmaq

 

Əminə Bayramova

 

Tarix: 18 Aprel 2025, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin