BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Bağırov: "Dövlət hesabına ödənilən hüquqi yardıma görə haqq kəskin şəkildə artırılacaq"

"May ayının əvvəlində Gəncə şəhərində ilk dəfə olaraq Vəkillər Kollegiyasının böyük bir regional mərkəzinin açılış mərasimi olacaq. Hədəfimiz odur ki, ölkədə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsait artırılsın. Bu, böyük problemlərdən biridir".

 

Bu fikirləri jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov deyib.

 

Anar Bağırov bildirib ki, son səkkiz ildə dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin məbləği artmır:

 

"Bu bizi çox narahat edir. Tərəfimizdən aidiyyəti dövlət orqanları ilə aparılan danışıqlar nəticəsində artıq irəliləyiş əldə etmişik. Zənnimcə, yaxın zamanda dövlət hesabına ödənilən hüquqi yardıma görə haqq kəskin şəkildə artırılacaq. Bu isə öz növbəsində insanların hüquqa yardıma, ədalət mühakiməsinə əlçatanlığını daha etibarlı şəkildə təmin edəcək".

 

Sədr əlavə edib ki, 15-ci yazılı test imtahanı iyul ayının əvvəlində keçiriləcək.

 

Oxu.az

Tarix: 18 Aprel 2025, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin