BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşlığı olmayan şəxslər də orduda xidmət edə biləcək

Rusiya hökuməti Dövlət Dumasına təqdim etdiyi yeni qanun layihəsinə əsasən vətəndaşlığı olmayan şəxslərə orduda və hərbi birləşmələrdə hərbi xidmət üçün müqavilə bağlamaq hüququ veriləcək.

 

Təşəbbüs özündə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələr, habelə altı əlaqəli federal qanuna müvafiq düzəlişləri ehtiva edir.

 

Yeni düzəlişlərə görə, Rusiya ordusunda ruslarla yanaşı, xarici vətəndaşlar da xidmət edə bilər. Vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığına malik olmayan və başqa ölkənin vətəndaşlığına dair sübutları olmayan şəxslərdir.

 

Qanun qəbul olunarsa, dərc edildiyi gündən qüvvəyə minəcək.

 

Report

Tarix: 19 Aprel 2025, 01:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin