BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azercell”də nömrənin addan ada keçirilməsi 500 manat oldu

“Azercell” mobil operatoru istehlakçı müştəri seqmentində fakturasız (SimSim) və fakturalı xətt sistemlərinə aid nömrələrin abunəçiləri üçün nəzərdə tutulan bəzi xidmətləri bahalaşdırıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu xidmətlərdən biri nömrənin bir addan başqa ada keçirilməsi xidmətidir.

 

Belə ki, 288 seriyalı nömrənin bir addan başqa ada keçirilməsi üçün fakturalı xətt sisteminə aid nömrələrin abunəçiləri 423.73, fakturasız xətt sisteminə aid nömrələrin abunəçiləri isə 500 AZN ödəmələlidirlər.

 

Bu dəyişiklik mayın 20-dən qüvvəyə minəcək.

Tarix: 19 Aprel 2025, 07:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin