BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentliyinin birinci rübünün sonunda Trampın reytinqinin 45% olduğu bildirilir

ABŞ prezidenti kimi ikinci müddətinin birinci rübündən sonra Donald Trampın reytinqi 45% təşkil edir,

 

Bu haqda “The Hill Gallup” sorğusunun nəticələrinə istinadən yazır.

 

Onun birinci prezidentlik dövrünün birinci rübünün sonunda eyni reytinq 41% idi.

 

Qeyd olunur ki, 1952-ci ildən 2020-ci ilə qədər ABŞ prezidentlərinin səlahiyyətlərinin birinci rübündə orta reytinqi 60% təşkil edir.

 

Respondentlərin 11%-i Trampa o qədər də güvənmir, 14%-i ona “bir qədər”, 30%-i isə “tamamilə” etibar edir. Respondentlərin qalan hissəsi bu məsələ ilə bağlı rəy formalaşdırmayıb.

 

Sorğu nəticəsində məlum olub ki, amerikalıların 44%-i Trampın ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq qabiliyyətinə inamsızdır.

 

Sorğu aprelin 1-dən 14-dək 1006 ABŞ-lı böyüklər arasında 4 faiz bənd səhvlə aparılıb.

 

APA

Tarix: 19 Aprel 2025, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin