BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kapital Bank”ın mənfəəti 16,5 milyon manat azalıb

2025-ci ilin yanvar-mat aylaında “Kapital Bank” ASC-nin mənfəəti 16,5 milyon manat yaxud 23,1% azalaraq 54,9 milyon manata düşüb.

 

Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, bu barədə Bankın birinci rüb üzrə açıqladığı maliyyə hesabatında qeyd edilib.

 

Eyni zamanda ölkənin birinci bankı bir sıra göstəricilər üzrə artım əldə edib. Belə ki, “Kapital Bank”ın faiz gəlirləri 36% artaraq 260,1 milyon manat, faiz xərcləri 2,2 dəfə (115%) artaraq 90,2 milyon manata çatıb.

 

Xərclərin gəlirləri üstələməsi əməliyyat mənfəətinin azalmasına səbəb olub.

 

Belə ki, Bank əməliyyat mənfəəti 14,5% azalaraq 93,9 milyon manata düşüb.

 

Həmçinin Bankın qeyri-faiz gəlirləri 7 milyon manat yaxud 5,3% artaraq 139,3 milyon manata çatıb, həmçinin qeyi-faiz xərcləri isə 42,4 milyon manat yaxud 25,3% artaraq 210,1 milyon manata çatıb.

Tarix: 19 Aprel 2025, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin