BURADA REKLAMINIZ OLA
BİLƏR

Ədalət Partiyası qərar verdi

Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda növbəti qurultaya hazırlıq məsələləri müzakirə olunub. Mayın 17-də   Ədalət Partiyasının IX qurultayının keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib. Həmçinin qurultaya hazırlıq üzrə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

 

Təşkilat Komitəsi yaxın günlərdə iclasını keçirərək sədr və müavinlərini seçəcək, Qurultayın keçirilməsi ilə bağlı müvafiq qrafik müəyyənləşdirəcək. Ali Məclis, eyni zamanda, partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olanların hərəkətlərini pisləyən və onların əməllərinin Ədalət Partiyasının prinsipləri, qəbul etdiyi mənəvi və siyasi dəyərlərlə bir araya sığmadığı haqqında bəyanat qəbul edib.

Tarix: 19 Aprel 2025, 19:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin