BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu peşə sahibləri insanların qoltuğunu iyləyib ayda 7 min dollar qazanırlar

Dünyada bəzi peşələr var ki, adlarını eşidən zaman insanın üzündə istər-istəməz təbəssüm yaranır.

 

Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu qeyri-adi işlər təkcə gülməli deyil, eyni zamanda yüksək gəlir gətirən ciddi vəzifələr hesab olunur.

 

Aşağıda dünyanın ən maraqlı və gülməli sayılan 5 peşəsi və onların sahiblərinin harada çalışdığı barədə məlumatları təqdim edirik:

 

Qoltuq iyləyən mütəxəssis

 

Bu peşə sahibləri əsasən “Procter & Gamble”, “Unilever” və “Johnson & Johnson” kimi iri kosmetika və məişət kimyası şirkətlərində çalışırlar. Onların əsas vəzifəsi dezodorant, sabun və şampun kimi məhsulların qoxu davamlılığını test etməkdir. Təxmini illik gəlirləri 70 000 – 100 000 dollardır.

 

Çipsin xırtıltısını dinləyənlər

 

Qida sənayesində məhsulun akustikası da əhəmiyyətlidir. Məhz bu səbəbdən “PepsiCo” və “Frito-Lay” kimi şirkətlərdə “xırtıltı testçisi” adı altında çipslərin səsi sınaqdan keçirilir. Təxmini illik gəlirləri 40 000 – 60 000 dollardır.

 

Panda qucaqlayanlar

 

Çinin məşhur Panda Qoruma Mərkəzində çalışan bu insanlar panda balalarını qucaqlayır, bəsləyir və onlara oyun oynadır. Təxmini illik gəlirləri 32 000 – 38 000 dollardır.

 

Təyyarə yeməklərinin dadına baxanlar

 

“Lufthansa Sky Chefs”, “Emirates Flight Catering” və “Gate Gourmet” kimi aviasiya şirkətlərində fəaliyyət göstərən bu mütəxəssislər, sərnişinlərə təqdim olunacaq yeməklərin dadını yer şəraitində yoxlayırlar. Təxmini illik gəlirləri 50 000 – 80 000 dollardır.

 

Qum yatağında “işləyən” insanlar

 

Bu şəxslər əsasən “Hilton”, “Sofitel”, “Marriott” kimi lüks otellərlə əməkdaşlıq edir. Onlar gün ərzində fərqli qum yataqlarına uzanaraq rahatlıq və keyfiyyət baxımından qiymətləndirmə aparırlar.

 

Təxmini aylıq gəlirləri 2 000 – 3 500 dollardır.

Tarix: 20 Aprel 2025, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin