BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbin qarşısında həmyerlisini döyən şəxsə hökm oxundu

Göygöl Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Murad Bəşirovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla o, 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 24 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində Göygöl rayon Kərəmli kənd tam orta məktəbinin inzibati binasının qarşısında qeydə alınıb. Belə ki, Murad Bəşirov olaydan bir neçə gün əvvəl azyaşlı bibisi oğlunun ünvanına nalayiq ifadə işlətdiyini ehtimal etdiyi zərərçəkmiş Baba Səfərovla (ad, soyadı şərtidir) görüşüb. Bu zaman o, qəflətən əlləri ilə zərərçəkmişin sifət nahiyəsinə, bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Hadisədən sonra Murad Bəşirov saxlanılaraq cinayət məsuliyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2025, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin