BURADA REKLAMINIZ OLA
BİLƏR

“Görün, ölkədə gəlirli bizneslər kimlərin adına rəsmiləşdirilir” – “Fairmont”un sahibinin 94 yaşı var

“Daxili İşlər Nazirliyinin (DİN) bu gün verdiyi açıqlamaya görə, Fairmont Hotelinin sahibi 1926-cı il təvəllüdlü, 94 yaşlı Zərdab rayon Bıçaqlı kənd sakini Əhmədov Əhməd Əhməd oğludur. Baxın, dostlar görün, ölkədə gəlirli bizneslər kimlərin adına rəsmiləşdirilir. Mülkiyyət sahibliyi ilə bağlı məlumatlar dərc edilmədiyindən indiyə qədər hansı biznesin sahibinin kim olduğu bilinmir və “Fairmont” hotelində olduğu kimi gizlədilir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

“Göründüyü kimi, hakimiyyət daxili çəkişmələrin informasiyaların açıqlanmasına faydası da vardır. Davam edin, DİN, xalqın şəffaflığa da ehtiyacı vardır!. Four seasons, Hilton və Marriort hotellərinə də baş çəkin” – Q.İbadoğlu qeyd edib.

Tarix: 5 İyul 2020, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin