BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi ona nalayiq ifadələr işlədən arvadını döydü - CƏZA

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qismət Abdullayevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1200 manat miqdarında cərimə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 01 aprel 2025-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Qismət Abdullayev yaşadığı evin qonaq otağında qeyri-rəsmi arvadı, zərərçəkmiş Qənirə Məmmədova (ad, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının ona qarşı nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs arvadının üz nahiyəsindən bir neçə dəfə vuraraq, ona yüngül zərər yetirib. Hadisədən sonra Qismət Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2025, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin