BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə körpəsini öldürən ana ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: Hadisə 2022-ci ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2025, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin