BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim xəbərdarlıq edir: körpənizdə bu əlamətlər varsa…

Körpələr o qədər həssas olur ki, müxtəlif sağlamlıq problemləri ilə üzləşmələri qaçılmazdır. Doğulduqları andan etibarən bir çox xəstəliklə mübarizə aparmalı olan körpələrin ən çox rastlaşdığı narahatlıqlardan biri də göz ifrazatıdır.


Pravda.az bu problemin səbəbləri və müalicə yolları haqqında məlumatları təqdim edir:


Körpələrdə göz axıntısının səbəbi


Tez-tez müşahidə olunan bu hal adətən göz yaşı kanallarında yaranan tıxanma nəticəsində baş verir. Göz yaşı göz bəbəyinin rahat hərəkətini təmin edir və öz funksiyasını yerinə yetirdikdən sonra kanallar vasitəsilə burun boşluğuna axır. Bu axın zamanı tıxanma baş verərsə, göz ətrafında iltihabi ifrazat yaranır. Körpələrin kanalları çox dar olduğu üçün bu hal normal hesab edilir.


Bu əlamətlər narahatlığın göstəricisidir


Sarı və ya yaşıl rəngli axıntı

Yuxu zamanı kipriklərin bir-birinə yapışması

Göz qapaqlarında şişkinlik

Göz ağında qızartı

Kiprik və qapaqlarda qurumuş ifrazat

Artan göz yaşarması


Göz axıntısının digər səbəbləri


Kirpik dibi iltihabı: Nadir hallarda rast gəlinir. Göz ətrafında quruluq və iltihab yaradır. Müalicəsi üçün həkim təyinatı ilə məlhəmlər istifadə olunmalıdır.


Göz iltihabı (konjunktivit): Körpələrdə daha çox görülür. Qızartı, şişkinlik və iltihabla müşahidə olunur. Müalicəsi üçün antibiotik damcılar tətbiq edilir. Yeni doğulan körpələrdə bu yalnız həkim nəzarəti ilə həyata keçirilməlidir.


Həkimə nə zaman müraciət olunmalıdır?


Aşağıdakı hallarda tibbi müdaxilə mütləqdir:


Göz qapağında normadan artıq şişlik və qızartı


Körpə əşyaları ayırd etməkdə çətinlik çəkirsə


Gözündə ağrı hiss edilirsə


Və bədən temperaturu yüksəlmişsə


Göz ifrazatı ilə necə mübarizə aparılmalıdır?


İlk olaraq göz ətrafı müntəzəm təmizlənməlidir. İlıq suya isladılmış yumşaq parça ilə gözlər nazik şəkildə silinməlidir. Ana südü isə təsirli və təbii vasitələrdən biridir. Həkim tövsiyəsi ilə süd göz ətrafına damcıladılaraq tətbiq oluna bilər. Südün antibiotik təsiri sayəsində infeksiya ilə mübarizə aparmaq mümkün olur.


Masaj və əlavə müalicə üsulları


Əgər göz yaşı kanalı tıxalıdırsa, bu vəziyyət davam edə bilər. Belə halda masaj faydalı ola bilər:


Əllər sabunla yuyulmalı


Barmaq ucları ilə gözlə burun arasına dairəvi hərəkətlərlə masaj edilməlidir


Bu hərəkət gündə 5 dəfə, hər dəfə 10 dəfə təkrarlanmalıdır


Əlavə olaraq, həkim tərəfindən təyin olunmuş antibiotikli göz damcıları və məlhəmlər də mütəmadi istifadə olunmalıdır.


Əminə Bayramova 

Tarix: 21 Aprel 2025, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin