BURADA REKLAMINIZ OLA
BİLƏR

“ASAN Xidmət”də SMS-lərin qiyməti 40 faiz artıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC “L-Sim” MMC (VÖEN – 1401345351) ilə satınalma müaviləsi imzalayıb.


Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, satınalma tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.


Müqavilənin şərtinə görə “L-Sim” MMC ASAN Xidmət üçün (“İnnovasiyalar Mərkəzi” MMC) SMS paketinin satın alınması xidmətini həyata keçirəcək.


“L-Sim” MMC ASAN Xidmətə 5 000 000 ədəd SMS-in yer aldığı paket təqdim edəcək və bunun üçün 175 000 manat alacaq.


Rəqəmlərdən də göründüyü kimi, ASAN Xidmət 1 SMS üçün 3,5 qəpik vəsait xərcləyəcək.


Məlumat üçün bildirək ki, bu günə kimi “ASAN Xidmət” bir çox şirkətlərdən SMS paketlər alıb. Son 5 ildə satın alınan SMS-lər heç vaxt 2,5 qəpikdən baha olmayıb.


- 2020-ci ildə “L-Sim” MMC-dən 1 ədədi 2,2 qəpiyə 12 500 000 ədəd SMS paketi;
- 2021-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2022-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2023-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2024-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi.

Tarix: 21 Aprel 2025, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin