BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şirkətin bir milyon manata yaxın vergi borcu üzə çıxdı - FOTO

"Synergy Co" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.

 

Pravda.az Trend-iə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq şirkətin nominal dəyəri 1 manat, miqdarı 2600, ümumi dəyəri isə 2600 manat olan adi adlı sənədsiz səhmi dövriyyədən çıxarılır.

 

Hazırda şirkətin dövlətə 894 725 manat vergi borcu var.

 

Qeyd edək ki, sözügedən şirkət 2009-cu ildə "Eskort" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə şirkət indiki adını - "Synergy Co" QSC - alıb. Nizamnamə kapitalı 2 600 manat olan QSC-nin qanuni təmsilçisi Qurbanov Rəşad Firdovsi oğludur.

Tarix: 21 Aprel 2025, 21:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin