BURADA REKLAMINIZ OLA
BİLƏR

Hamiləlik çatlaqları riskini artıran 8 faktor

Hamiləlik hər mənada mürəkkəb bir dövrdür. Bir möcüzəni təmsil edən bu proses həm ilk dəfə yaşanan duyğularla, həm də bəzi problemlərlə yadda qalır. Bu problemlərin başında isə hamiləlik dövründə yaranan dəri çatlaqları gəlir.

 

Pravda.az hamiləlikdə dəri çatlaqları ilə bağlı məlumatları təqdim edir:

 

Hamiləlikdə çatlaqlar nə üçün yaranır?

 

Hormonal dəyişikliklər, dölün böyüməsi və ananın çəki artımı ilə qarın bölgəsindəki dəri gərilir və nəticədə çatlaqlar əmələ gəlir. Bu fiziki dəyişiklik nəticəsində dəri üzərində çəhrayı və ya bənövşəyi tonlarda xəttlər meydana çıxır.

 

Dəri rənginə görə təsiri dəyişir

 

Dərinin alt qatında gərilmə və toxuma zədələnməsi nəticəsində yaranan çatlaqlar, qadının dəri rəngindən asılı olaraq fərqli görünə bilər. Açıq dərili qadınlarda bu izlər daha çəhrayı və nəzərə çarpan olur, tünd dərililərdə isə bu izlər daha açıq rəngli, bəzən isə gümüşü tonlarda ola bilər.

 

Hamiləlik çatlaqları bədəndə harada görülür?

 

Hamiləlik zamanı yaranan və dərialtı liflərin gərilməsi ilə daha da nəzərə çarpan çatlaqlar əsasən aşağıdakı bölgələrdə müşahidə olunur:

 

Qarının aşağı hissəsi

 

Bud və omba nahiyəsi

 

Sinə bölgəsi

 

Hansı ayda ortaya çıxır?

 

Çatlaqlar adətən hamiləliyin 3-cü ayından etibarən görünməyə başlayır. Bu mərhələdən sonra çatlaqlar artaraq 6-cı ayda pik səviyyəyə çatır. Bunun səbəbi dərialtı bağ toxumasının həddindən artıq gərilməsi və parçalanmasıdır.

 

Ən çox hansı qadınlarda rast gəlinir?

 

Çox qadın bu problemlə qarşılaşsa da, bəzilərində çatlaqlar ümumiyyətlə yaranmır. Bu fərqin əsas səbəbi genetik faktorlar və həyat tərzidir. Aşağıdakı hallar risk amili sayılır:

 

Genetik meyllilik

 

Dərinin çox quru olması

 

Əkiz və ya üçəm hamiləlik

 

Kortizon müalicəsinin uzunmüddətli istifadəsi

 

Hərəkətsiz həyat tərzi

 

Siqaret istifadəsi

 

Həssas dəri quruluşu

 

Dərinin elastik olmaması

 

Müalicə üsulları hansılardır?

 

Texnologiyanın inkişafı ilə bu sahədə müxtəlif tibbi müalicə üsulları mövcuddur. Bu üsullar əsasən hamiləlikdən sonra tətbiq edilir:

 

Kimyəvi pilinq

 

Dermoroller

 

Lazer müalicəsi

 

Dermokosmetik kremlər

 

Qarşısını almaq mümkündürmü?

 

Çatlaqlar yarandıqdan sonra onları tamamilə aradan qaldırmaq demək olar ki, mümkünsüzdür. Bu səbəblə öncədən tədbir görmək vacibdir. Aşağıdakılar çatlaqların qarşısını almaqda təsirli ola bilər:

 

Sağlam qidalanma: Hamiləlik bəhanəsi ilə qeyri-sağlam qidalanmadan qaçın.

 

Bol maye qəbulu: Gündəlik su istehlakını artırmaq cildin elastikliyini qoruyur.

 

Dərinin nəmləndirilməsi: Xüsusilə quru dərilər çatlaqlara meyllidir, yaxşı nəmləndirici kremlərdən istifadə edin.

 

Hərəkətli həyat tərzi: Yüngül idman və gəzintilər çatlaq riskini azaldır.

 

Həkim tövsiyəsi ilə krem istifadəsi: Lokal elastiklik artıran məhsullardan istifadə öncəsi həkimlə məsləhətləşin.

 

Əminə Bayramova

Tarix: 22 Aprel 2025, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin