BURADA REKLAMINIZ OLA
BİLƏR

Dostunun öldüyü qəzada günahlandırılan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Zöhrab Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 11 noyabr 2023-cü il tarixdə, saat 20:22 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

Belə ki, 2002-ci il təvəllüdlü Zöhrab Hüseynov nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Səbuhi Məmmədovun idarə etdiyi “Zil-130” markalı yük avtomobili ilə toqquşub.

 

Nəticədə sürücü Zöhrab Hüseynov və sərnişini Çingiz Mustafayev xəsarətlər alıb, digər sərnişin Mehdi Qəhrəmanzadə isə hadisə yerində ölüb.

 

Hadisədən sonra Zöhrab Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Zöhrab Hüseynovla mərhum Mehdi Qəhrəmanzadə dost olub. Həmin vaxt onlar maşınla şəhərdə gəzirmişlər.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 22 Aprel 2025, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin