BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sərt karantin rejimində əvvəl yardım alanların heç də hamısına ödəniş edilməyəcək”

“Əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə ödəniş veriləcək. Deməli, 3-cü ay üçün 190 manat birfəfəlik yardım əvvəl bu yardımı alanların 48,7 faizinə ödəniləcək. Əvvəlki məlumatlara görə, onların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayırdı. Bu isə onu deməyə əsas verir ki, 1) Sərt karantin rejimində yaşayan əvvəl yardım alanların heç də hamısına ödəniş verilməyəcək, onların bəziləri siyahıdan çıxarılıb. 2) Yardımın verilməsinə yaxın günlərdə start verilsə də, onun ödənilmə müddəti uzun çəkəcək. 3) Karantin iyun-iyul aylarını əhatə etməsinə baxmayaraq yardım 1 ay üçün ödəniləcək. Ən pisi odur ki, karantin qaydaları sərtləşdikcə icazələrin bir hissəsinin ləğv edilməsinə baxmayaraq dövlət mikro və fərdi sahibkarlara dəstək vermir, həmçinin fəaliyyəti dayandırılmış və ya məhdudlaşdırılmış sahələrdə muzdlu işçilərin əməyin bir hissəsinin kompensasiya edilməsinə vəsait ayrımır. Bu isə sahibkarların durumunu nəinki çətinləşdirib, hətta çıxılmaz vəziyyətə salıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu qeyd edib ki, xərclərini qarşılaya bilməyən sahibkarların yeganə yolu fəaliyyətini məhdudlaşdırmaq və işçilərini işdən azad etmək olacaq: “Onun isə yenə də sosial yükü dövlətin üzərinə düşəcək. Odur ki, dövlət vaxtında sahibkarlara kömək etməlidir ki, sonradan artan işsizliyə görə əlavə xərclərə düşməsin...”

Tarix: 6 İyul 2020, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin