BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda toyda bəy və digər şəxslər cərimələndi

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək isyəyən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) və Yalama Polis Bölməsinə (PB) rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirliməsi barədə məlumat daxil olub.

 

Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanlıraq polis bölməsinə gətiriliblər.

 

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejiminin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Tarix: 6 İyul 2020, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin