Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çin-Azərbaycan münasibətləri həm region, həm də dünya üçün yeni imkanlar vəd edir" - RƏY

"Çin-Azərbaycan münasibətləri son dövrlərdə yeni mərhələyə qədəm qoymaqdadır. Əslində bu yeni mərhələ bir il öncə iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə və onun müddəaları ilə əlaqədardır. Münasibətlərin dərinləşməsi, miqyasının daha da əhatəli olması Azərbaycanın və Çinin düşünülmüş dövlət siyasətidir".

 

Bu sözləri Pravda.az-a Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu deyib.

 

 

"Çin-Azərbaycan münasibətləri həm region, həm də bütövlükdə dünya üçün yeni imkanlar, inteqrasiya, yeni kommunikasiyalar vəd edir. Bu kontekstdə iki ölkənin birgə hərəkət etməsi həm də yeni dünya nizamının keyfiyyətini təyin edəcək hadisədir. Təsadüfi deyil ki, aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev Azərbaycanı qlobal Cənubun bir hissəsi kimi gördüyünü ifadə etdi. Yəni bu gün yeni beynəlxalq münasibətlər sistemində qlobal Cənub yeni güc mərkəzi kimi ortaya çıxırsa, bunun ağırlıq mərkəzi, heç şübhəsiz ki, Çindir. Düşünürəm, Azərbaycan Prezidentinin Çinə səfəri də tarixi səfər olacaq. Çünki sadaladığımız istiqamətlər üzrə çox mühüm sənədlər imzalanacaq", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 23 Aprel 2025, 08:58   
Xəbər lenti
Çox oxunanlar