BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadına 6 bıçaq vuraraq öldürən qısqanc ərə 17 İL CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2024-cü il iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

 

İttihama görə, Elçin Əliyev arvadını qısqanclıq zəminində öldürüb. O, Aygünə ümumilikdə 6 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib.

 

Kamal Məmmədov

Tarix: 23 Aprel 2025, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin