BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski Londonda keçirilən danışıqlara münasibət bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən və bir neçə ölkənin nümayəndələrinin sülhə nail olma yollarını müzakirə etdiyi görüşlə bağlı bəyanat verib.

 

Zelenski görüşlə bağlı öz “Telegram” kanalında paylaşım edib.

 

"Çoxlu emosiyalar oldu. Amma yaxşıdır ki, beş ölkə sülhə yaxınlaşmaq üçün bir araya gəldi: Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya. Tərəflər öz baxışlarını bildirdilər və bir-birinin mövqelərinə hörmətlə yanaşdılar", – o yazıb.

 

Zelenski ABŞ-ın öz baxış bucağını paylaşdığını, Ukrayna və digər Avropa ölkələrinin də öz hazırladıqları təklifləri təqdim etdiklərini deyib.

 

“Ümid edirik ki, məhz bu cür birgə iş uzunmüddətli sülhə gətirib çıxaracaq. Tərəfdaşlarımıza təşəkkür edirik. Ukrayna həmişə öz Konstitusiyasına uyğun şəkildə hərəkət edəcək və biz tam əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ, öz güclü qərarlarına uyğun olaraq hərəkət edəcəklər", – Zelenski əlavə edib.

 

APA

Tarix: 24 Aprel 2025, 07:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin