Aprel ayının əvvəllərindən artıq paytaxtın müxtəlif ərazilərində, metro çıxışlarında pərakəndə şəkildə çiyələk satışı başlayıb. İnsanların əksəriyyəti mənşəyi bilinməyən bu cür çiyələkləri mövsümündən əvvəl istehlak etməyə meyilli olsalar da, çoxları bu cür meyvələrin dərmanla yetişdirildiyini deyir. Artıq vətəndaşlar arasında çiyələkdən zəhərlənmə halları da müşahidə olunur.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan üçün çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır və bu da coğrafi mövqeyinə, regionuna görə dəyişir.

Mütəxəssis bildirib ki, bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilir: “Xüsusilə, yetişdirilməsi zamanı bir çox kimyəvi maddələrdən, zərərvericilərdən qorumaq üçün istifadə olunan pestisidlərdən, hormonlu gübrələrdən istifadə olunur. Belə çiyələkləri çox vaxt hamilə, süd verən qadınlar və uşaqlar istehlak edirlər. Bu da onların sağlamlığı üçün çox riskli qida hesab olunur. Vətəndaşlar alınan kimi çiyələyi yuyulmadan istehlak edirlər. Belə halda dərmanlı, süni yetişdirilmiş çiyələk mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istehlak etmək isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Yaxşı olar ki, mövsümündən əvvəl çiyələk orqanizmə qəbul olunmasın. Bu, mövsümü olmayan, lakin hazırda satılan digər meyvələrə də aiddir. Çiyələk alarkən daha çox təbii görünüşlü, hər biri eyni ölçüdə olan çiyələkləri deyil, daha təbii yetişən, tünd qırmızı rəngdə, yaxud bir qədər solğun, orta ölçülü çiyələkləri seçmək lazımdır. Çiyələk çox iri, parlaqdırsa, parlaq qırmızıdırsa, çiyələk qoxusu hiss olunmursa, hamısı eyni formada, ölçüdədirsə, bu, meyvənin süni şəkildə yetişdirildiyinin göstəricisidir. Yeməzdən əvvəl, yaxşı olar ki, çiyələklər adi suda on dəqiqə saxlanılsın. Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və az miqdarda sirkə də əlavə etmək olar. Bu, çiyələyin tərkibindəki pestisid qalığını azalda bilər. Yarpaqlarını isə yuduqdan sonra qoparmaq lazımdır. Bəzi hallarda xanımlar çiyələyin yarpağını təmizləyib, sonra yuyurlar. Bu da çiyələyin səthindəki dərman qalıqlarının yarpaq kökündən meyvənin içinə nüfuz etməsinə səbəb olur və keyfiyyətinin pozulmasına gətirib çıxarır. Mütləq mənşəyi bəlli olan yerdən yerli məhsul almaq tövsiyə olunur. Erkən satışa çıxarılıbsa, birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar istehlak etməməlidirlər. Əks halda zəhərlənmə və allergiya problemləri ortaya çıxa bilər”.
Aytəkin Qardaşova
9 Mart 15:34
9 Mart 15:10
9 Mart 14:54
9 Mart 14:52
9 Mart 13:09
9 Mart 12:52
9 Mart 12:35
9 Mart 12:31
9 Mart 11:23
9 Mart 11:19
9 Mart 11:17
9 Mart 10:42
9 Mart 10:04
9 Mart 10:02
9 Mart 03:50
9 Mart 01:41
9 Mart 01:16
9 Mart 01:14
8 Mart 23:56
8 Mart 23:53
8 Mart 23:51
8 Mart 23:27
8 Mart 23:25
8 Mart 23:11
8 Mart 23:09
8 Mart 21:08
8 Mart 20:34
8 Mart 20:32
8 Mart 19:36
8 Mart 19:20
8 Mart 18:41
8 Mart 18:39
8 Mart 17:25
8 Mart 17:22
8 Mart 17:21
8 Mart 17:19
8 Mart 16:46
8 Mart 15:33
8 Mart 15:23
8 Mart 14:35
8 Mart 13:51
8 Mart 12:55
8 Mart 12:35
8 Mart 11:31
8 Mart 11:16
8 Mart 11:15
8 Mart 11:13
8 Mart 11:12
8 Mart 11:10
8 Mart 11:04
8 Mart 10:30
8 Mart 09:48
8 Mart 09:09
8 Mart 08:47
8 Mart 02:24
8 Mart 02:23
8 Mart 00:13
7 Mart 23:14
7 Mart 23:12
7 Mart 23:08
7 Mart 23:04
7 Mart 22:42
7 Mart 22:39
7 Mart 22:38
7 Mart 22:20
7 Mart 21:33
7 Mart 21:30
7 Mart 21:28
7 Mart 21:26
7 Mart 21:21
7 Mart 20:58
7 Mart 20:30
7 Mart 20:29
7 Mart 18:55
7 Mart 18:39
7 Mart 18:25
7 Mart 18:17
7 Mart 18:12
7 Mart 18:03
7 Mart 17:59
7 Mart 17:52
7 Mart 15:29
7 Mart 14:54
7 Mart 14:45
7 Mart 14:41
7 Mart 14:27
7 Mart 14:19
7 Mart 14:13
7 Mart 14:03
7 Mart 13:56
7 Mart 13:54
7 Mart 12:35
7 Mart 11:50
7 Mart 11:17
7 Mart 11:07
7 Mart 09:44
7 Mart 09:24
7 Mart 09:14
7 Mart 08:46
7 Mart 08:42
7 Mart 07:56
7 Mart 07:52
7 Mart 01:35
7 Mart 01:25
7 Mart 00:34
7 Mart 00:22
6 Mart 23:40
6 Mart 23:38
6 Mart 22:02
6 Mart 21:56
6 Mart 21:52
6 Mart 21:47
6 Mart 21:46
6 Mart 20:51
6 Mart 20:46
6 Mart 20:43
6 Mart 20:25
6 Mart 19:26
6 Mart 19:20
6 Mart 19:16
6 Mart 19:14
6 Mart 19:06
6 Mart 18:45
6 Mart 18:43
6 Mart 18:40
6 Mart 18:39
6 Mart 18:34
6 Mart 18:32
6 Mart 18:29
6 Mart 18:11
6 Mart 18:02
6 Mart 18:00
6 Mart 17:44
6 Mart 17:39
6 Mart 17:38
6 Mart 17:17
6 Mart 16:53
6 Mart 16:50
6 Mart 16:50
6 Mart 16:35
6 Mart 16:27
6 Mart 16:24
6 Mart 16:19
6 Mart 16:13
6 Mart 15:53
6 Mart 15:38
6 Mart 15:32
6 Mart 15:30
6 Mart 15:28
6 Mart 15:27
Ən son xəbərləri səhifəmizdən də izləyin