BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Xarici İşlər Nazirliyi İranda limanda partlayışla əlaqədar başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışla əlaqədar başsağlığı verib.

 

Bu barədə XİN X-da paylaşım edib.

 

İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

 

Qeyd edək ki, dünən yerli vaxtla saat 12.30-da İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində 18 nəfər ölüb, 800 yaralı var.

Tarix: 27 Aprel 2025, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin