BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbçilərin maaşları ilə bağlı YENİLİK

Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.

 

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata

keçirilməsini təmin etsin.

 

Qərarla aşağıdakılar təsdiq olunub:

 

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri;

 

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri ;

 

-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri.

Tarix: 28 Aprel 2025, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin