BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda yol çökdü - VİDEO

Sumqayıt şəhərində yol çöküb.

 

Pravda.az-ın xəbərinə görə, söhbət şəhərin “Dejurnu” adlanan ərazisində, Kamran Hüseynov küçəsindən gedir.

 

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib. İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.

 

Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq dördüncü dəfədir baş verir. Daha əvvəl isə həmin küçədə çökən ərazidən bir neçə metr irəlidəki hissə çökmüşdü. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, bu, çökmənin qarşısını ala bilmir.Oxu.az

 

Tarix: 10 Dekabr 2019, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin