BURADA REKLAMINIZ OLA
BİLƏR

Tbilisidə ticarət mərkəzində güclü yanğın baş verib

Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında güclü yanğın baş verib.

 

Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

 

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, alovun lokallaşdırılması üçün işlər aparılır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib./APA

Tarix: 30 Aprel 2025, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin