BURADA REKLAMINIZ OLA
BİLƏR

“Finoko” BOKT və “Sevinc Kredit İttifaqı"na məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko” ASC bank olmayan kredit təşkilatına (BOKT) və “Sevinc Kredit İttifaqı"na icrası məcburi göstəriş verib.

 

Bu barədə qurum məlumat yayıb.

 

BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib. Odur ki, qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

 

“Sevinc Kredit İttifaqı" da bu ilin I rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib. “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Tarix: 30 Aprel 2025, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin