BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Zülfüqarov: “Ermənistanı “qulpsuz çamadan”dır”

Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. Tarixçi bildirib ki, ilk dəfə olaraq Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu bir resurs yaradılır. Tanınmış ictimai xadimin sözlərinə görə, kanal Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacaq.

 

Kuznetsov vurğulayıb ki, o, bu ideya üzərində uzun müddət işləyib: “Düzünü desəm, bunu ideya da adlandırmaq olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada münaqişə barəsində hərə bir söz danışır. Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”. Tarixçinin Qarabağla bağlı internet kanalı Azərbaycan ictimaiyyətində məmnunla qarşılanıb. Münasibət bildirənlərin fikrincə, Rusiya ictimaiyyəti bu kanal vasitəsi ilə daha obyektiv yanaşmaları izləyə biləcək.

 

Kuznetsovun müsbət təşəbbüsünü "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, tanınmış politoloqun elmi-tarixi yaradıcılığı çox maraqlıdır. Keçmiş XİN rəhbəri vurğulayıb ki, hər zaman səslənən fikrə görə, Kuznetsov Azərbaycanın dostudur: “Lakin Kuznetsov Azərbaycanın dostu olmaqla yanaşı, həm də öz ölkəsini sevən, vətənpərvər bir insandır. Alim olduğuna görə çox yaxşı başa düşür ki, Rusiyanın bəzi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi siyasət Moskvanın maraqlarına tamamilə ziddir. Bir neçə il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya rəhbəri Vladimir Putinlə görüşündən sonra bir məlumat yayıldı. Məlumata əsasən, görüşün xüsusi müzakirəsi mövzusu o olub ki, üçüncü qüvvələr ciddi şəkildə Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirir. Ona görə də həmin qüvvələrin ifşa olunmasının vacibliyi vurğulanırdı. Cənab Kuznetsovun təşəbbüsünü bu səpkidən də müsbət qiymətləndirirəm. Rusiyada bir neçə nüfuzlu tarixçi və siyasətçi mövcuddur ki, onlar üçüncü qüvvələrin mənfi siyasətinin aradan qaldırılması istiqamətində mühüm addımlar atırlar”.

 

T.Zülfüqarovun fikrincə, Rusiyanın Ermənistana yanaşması baş nazir Nikol Paşinyandan sonra mənfiyə doğru getməyib. Əvvəldən də Rusiya siyasətçiləri Ermənistanı “qulpsuz çamadan” adlandırıblar: “Rusiyanın maraqları ondan ibarətdir ki, Cənubi Qafqazda iqtisadi baxımdan ən güclü ölkə olan, həm Türkiyə, həm də İranla geniş əlaqələrə sahib bir ölkə, yəni Azərbaycanla sıx əməkdaşlıq etsin, münasibətləri qorusun. Bu reallığı şimal qonşumuzda dərk edənlər çoxdur”.

Tarix: 6 İyul 2020, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin