BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloji şiddət nədir? - Belə mübarizə aparın

 

Psixoloji şiddət bir şəxsin digər şəxsi alçaltmaq, qorxutmaq və ya idarə etmək məqsədilə etdiyi emosional və zehni təzyiq formasıdır.

 

Pravda.az bildirir ki, bu davranışların əsas məqsədi qarşı tərəfi idarə etmək və nəzarətdə saxlamaqdır. Bundan əlavə, tənqid etmək, məsxərəyə qoymaq, manipulyasiya və mobbing kimi hallar da psixoloji şiddətin formalarındandır. Psixoloji şiddətə məruz qalan şəxs bu vəziyyəti başa düşdüyü anda həmin insanı həyatından uzaqlaşdırmağa çalışmalıdır.

 

Psixoloji şiddət nədir?

 

Psixoloji (emosional) şiddət - bir şəxsin digər şəxsin psixoloji bütövlüyünə ciddi zərər vermək məqsədilə göstərdiyi qəsdli davranışlardır. Bu davranışlara alçaltmaq, qorxutmaq və ya nəzarət etmək daxildir.

 

Adətən “şiddət” dedikdə fiziki təzyiq başa düşülsə də, müasir cəmiyyətdə psixoloji şiddət geniş yayılmış sosial problemdir. Bu, davamlı şəkildə emosional istismar, sözlü təhqir və psixoloji manipulyasiya ilə özünü göstərir.

 

Xüsusilə ailə və sevgi münasibətlərində geniş yayılıb. Eyni zamanda, iş yerlərində də insanların psixoloji şiddətə məruz qalması çox rast gəlinən haldır. Məsələn, bir işçinin işinin daim tənqid olunması, görməzlikdən gəlinməsi və ya ona yersiz şəkildə yetersizlik hissi yaşadılması.

 

Psixoloji şiddətin növləri

 

Psixoloji şiddətin fərqli növləri var və bu formalar müxtəlif münasibətlərdə özünü göstərir. Xüsusilə qadınlar və uşaqlar bu hallara daha çox məruz qalır.

 

Alçaltma

 

Qarşı tərəfi davamlı olaraq kiçik görmək, onun heç nəyə qadir olmadığını vurğulamaq.

 

Tənqid və qınama

 

İş yerində və şəxsi münasibətlərdə qarşı tərəfin daima tənqid olunması, səslə və ya təhqiramiz ifadələrlə üstünlük qurulması.

 

Məsxərəyə qoymaq

 

Qarşı tərəfi lağa qoymaq, ləqəblə çağırmaq və ya onun fiziki xüsusiyyətlərini məsxərəyə qoymaq.

 

Manipulyasiya

 

Əsasən romantik münasibətlərdə rast gəlinir. Qarşı tərəfə vədlər verərək, gələcəkdə əlaqənin bitəcəyini deyib onu ümidlə yaşatmaq.

 

Həddindən artıq qısqanclıq

 

Qarşı tərəfin sərbəst davranmasına mane olmaq, onu tam nəzarətdə saxlamaq və həyatını idarə etməyə çalışmaq.

 

Zehni qarışıqlıq yaratmaq

 

Qarşı tərəfin ağlını qarışdırmaq, onu reallığı dərk edə bilməz hala gətirmək. Şəxsin özünü günahkar hiss etməsinə səbəb olmaq.

 

Gizlətmək

 

Əsasən münasibətlərdə qarşı tərəfi gizli saxlamaq, onunla yalnız cəmiyyətin görmədiyi yerlərdə görüşmək.

 

Mobbing

 

İş mühitində tətbiq olunan, sistemli və davamlı psixoloji təzyiq formasıdır. İşçinin peşəkar fəaliyyətini hədəf alır.

 

Psixoloji şiddətin əlamətləri

 

Psixoloji şiddət bəzən gizli formada ola bilər və qurban bunu dərhal anlaya bilməz. Xüsusilə, zorakılığı edən şəxs yaxın biri olduqda, şəxs bu davranışları normallaşdıra bilər.

 

Əlamətlər arasında bunlar ola bilər:

 

Davamlı özünü günahlandırmaq

 

Emosional olaraq zəif hiss etmək

 

Qorxu və narahatlıq hissi

 

Sosial təcrid və tək qalmaq istəyi

 

Uşaqlarda - susqunluq, özünü ifadə edə bilməmək və çəkingən davranışlar

 

Psixoloji şiddətin nəticələri

 

Psixoloji şiddətə məruz qalan şəxsdə həm psixoloji, həm də fiziki fəsadlar yaranır:

 

Psixoloji nəticələr:

 

Yalnızlıq və özgüvən itkisi

 

Travma sonrası stress pozuntusu

 

Anksiyete və depresiya

 

Sağlam olmayan münasibətlər qurmaq

 

İş həyatından uzaqlaşmaq

 

Fiziki nəticələr:

 

Davamlı yorğunluq və baş ağrısı

 

İştahsızlıq və ya həddən artıq yemək

 

 Yuxusuzluq

 

Enerji çatışmazlığı və halsızlıq

 

Psixoloji şiddətlə mübarizə yolları

 

Öz sərhədlərini müəyyənləşdir

Mənfi təsirləri müəyyən et və onlardan uzaq dur

Emosional zəkanı inkişaf etdir

Zorakılıq edən şəxslə münasibəti sonlandır

Yaşadıqlarının normal olmadığını dərk et

Ehtiyac varsa, qarşı tərəfi xəbərdar et

Peşəkar dəstək al

 

Yardım və dəstək alınacaq qurumlar

 

Şəxs psixoloji şiddət yaşadığı halda psixoloqla fərdi seanslara qatıla bilər. Psixoterapiya, ailə və qrup terapiyası bu hallarda faydalı olur. Xüsusilə uşaqlar üçün ailə dəstəyi mütləqdir.

 

Özünü müdafiə etmək üçün addımlar

 

Öz emosional ehtiyaclarını tanı

Münasibətdə etdiyi fədakarlıqları təhlil et

"Xeyr" deməyi öyrən

Sərhədlərini pozan hallardan çəkin

Özünü tanımaq və gücləndirmək üçün hobbilərlə məşğul ol

 

 Əminə Bayramova

 

Tarix: 2 May 2025, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin