BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məmurun övladı hovuzda boğuldu - DƏHŞƏT

Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.

Pravda.az-ın məlumatına görə, hadisə İstisu qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü, Aylin Abbas qızı Allahverdili yaşayış evinin həyətindəki hovuzda çimərkən nəzarətsiz qaldığından boğularaq ölüb.

Azyaşlının yaxınları uşağın həyatını xilas etmək üçün Xudat Təcili Tibbi yardım Stansiyasına müraciət etsə də, həkimlər azyaşlının hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, azyaşlının atası Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 6 İyul 2020, 23:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin