BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamalın yeni icra başçısından ŞİKAYƏT

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazisi – Şamil Əzizbəyov və Mirzə Fətəli Axundov küçələrinin kəsişməsi natəmizlikdir.

 

Bu barədə Pravda.az-a sakinlər məlumat verib.

 

Onlar bildirib ki, ərazidə antisanitariya baş alıb gedir, iri siçovullar evlərə daxil olur: “İydən və natəmizlikdən evdə oturmaq olmur. Onsuz da zibili 3 gündən bir aparırlar və 3 gün ərzində kifayər qədər zibil yığılır. Artıq 4-cü gündür ki, zibili aparan yoxdur”.

 

Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etsələr də, tədbir görülmür.

 

Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Milli Məclisin deputatı Elşad Eldar oğlu Həsənov həmin vəzifəyə təyin olunub.

Fotoları təqdim edirik
Tarix: 10 Dekabr 2019, 21:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin