BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan skleti görünən xəstə kimi dünya birliyinin qarşısına çıxacaq” – Elman Nəsirov

“Pandemiya dönəmində də Azərbaycan Ermənistandan dəfələrlə güclü olduğunu bütün parametrlər üzrə nümayiş etdirdi. Ermənistandan fərqli olaraq Azərbaycan post-pandemiya dövrünə daha hazırlıqlıdır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

 

Deputat qeyd edib ki, ayrı-ayrı dövlətlərin pandemiya adı altında sərhədlərin bağlamaqla iqtisadi təzyiq elementlərini işə saldıqlarına dair fikirlər səslənir: "Bu nöqteyi nəzərdən sərhədlər açıldıqdan sonra da iqtisadi zəmində müəyyən ziddiyyət və qarşıdurmaların olacağı istisna olunmur. Artıq indidən ABŞ və Çin arasında iqtisadi, ticari zəmində ziddiyyətlər genişlənməkdədir. Pos-tpandemiya dövründə bu ziddiyyətlərin daha da artacağı guman olunur".

 

Deputat əlavə edibki, post-pandemiya dövrü müəyyən siyasi və hərbi problemləri də bir qədər kölgədə qoyub: "Pandemiya özü bir müharibə olduğundan digər münaqişələr bir qədər kölgədə qalıb. Pandemiyadan sonrakı dönəmdə münaqişələrin yeni şəraitdə baş qaldırması proqnozlaşdırılandır".

 

E.Nəsirova görə, pandemiyadan sonra biz daha aciz, passiv Ermənistan görəcəyik: “Onsuz da zəif iqtisadiyyatı olan Ermənistan gələcəkdə daha da iflic bir duruma düşəcək. Pandemiya dövründəki cılız Ermənistan gələcəkdə skleti görünən xəstə canlı kimi dünya birliyinin qarşısına çıxmış olacaq”.

 

Deputat bildirib ki münaqişənin həlli ilə bağlı Azərbaycanın imkan və potensialı daha da artacaq. Bunu proqozlaşdırmaq da elə də çətin deyil: "Bu baxımdan post-pandemiya dövründə münaqişənin həlli ilə bağlı Azərnaycanın artan gücü və üstünlüyü fonunda müəyyən pozitiv tendensiyaların olacağı istisna deyil. Xüsusən də, Ermənistanın düşdüyü blokada vəziyyəti post-pandemiya dövründə özünü daha ciddi göstərəcək. Bu baxımdan blokadanın açılması naminə Ermənistanın güzəştlərə gedəcəyi mümkündür. Çünki onun belə bir addım atmasından başqa çıxış yolu yoxdur”.Teleqraf

Tarix: 7 İyul 2020, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin