BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxmuş sabiq deputatı Türkiyəyə apardılar

"Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri sabiq deputat Mirzəcan Xəlilov deyib.

 

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

 

"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

 

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.Modern.az

Tarix: 7 İyul 2020, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin