Bakı şəhərində yaşayan vətəndaş S.N. mart ayının sonunda “Kontakt Home” mağazalar şəbəkəsinin Nərimanov filialından kredit yolu ilə notbuk və bir neçə aksesuar alıb. Satışdan cəmi 5 gün sonra texniki problemlər səbəbilə notbuk və maus mağazaya qaytarılsa da, onun qarşısına 380 manatlıq “xidmət haqqı” borcu qoyulub.
Vətəndaş bildirir ki, aldığı “Huawei Matebook D16” markalı noutbuk istifadəyə verilən ilk gündən qızıb və işləmə zamanı donub. Bu səbəbdən məhsulu mağazaya qaytarmaq istəyən alıcıya bildirilib ki, notbuk yüklənmiş proqramlara görə “ödəmə borcu” var. Ən təəccüblüsü isə budur: alıcıya həmin proqramların ödənişli olması barədə əvvəlcədən heç bir məlumat verilməyib, heç bir yazılı razılıq alınmayıb. Mağaza əməkdaşları iddia edir ki, bu, onların daxili qaydasıdır və müştəri məhsulu qaytarsa belə, həmin məbləği ödəməlidir.
S.N. yalnız notbuk və mausu qaytarıb, digər iki aksesuar – qulaqlıqlar üçün olan ödənişi isə tam şəkildə həyata keçirib. Belə olan halda, vətəndaş hesab edir ki, kredit müqaviləsinə xitam verilməli və adında heç bir borc qalmamalıdır. Lakin “Kontakt Home”un sistemində alıcının adına əsassız şəkildə borc yazılmaqda davam edir.
Daha bir ciddi pozuntu – vətəndaşa kredit müqaviləsinin imzalı və möhürlü nüsxəsi verilməyib. Alıcının dəfələrlə tələb etməsinə baxmayaraq, yalnız imzasız, adlar göstərilən bir şəkil şəklində sənəd təqdim olunub. Bu isə müştərinin öz hüquqlarını qorumaq imkanlarını faktiki olaraq əlindən alır. S.N. bildirir ki, mağaza işçiləri müqaviləni təqdim etməkdən imtina edərək deyiblər ki, rəhbərlik buna icazə vermir. Bu isə istehlakçı hüquqlarının açıq-aşkar pozulmasıdır. Vətəndaş bu qanunsuzluqlarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edib. Lakin indiyədək heç bir nəticə əldə olunmayıb. S.N. ümidini Azad İstehlakçılar Birliyinə bağlayaraq, baş verənlərin ictimailəşdirilməsini və digər vətəndaşların da bu cür hallarla üzləşməməsi üçün maarifləndirmə aparılmasını xahiş edib.
“Heç bir xəbərdarlıq etmədən kompüterə lazımsız proqramlar yükləyirlər, sonra da onların pulunu müştəridən tələb edirlər. Bu, açıq şəkildə vətəndaşın etibarından sui-istifadədir.” – deyə o bildirir.
P.S “Kontakt Home” rəsmilərinin mövqeyini dinləməyə hazırıq.
Musavat.com
15 May 13:18
15 May 13:15
15 May 13:11
15 May 13:09
15 May 13:01
15 May 12:56
15 May 12:54
15 May 12:52
15 May 12:50
15 May 12:43
15 May 12:01
15 May 11:56
15 May 11:47
15 May 11:44
15 May 11:38
15 May 11:30
15 May 11:27
15 May 11:23
15 May 11:15
15 May 11:09
15 May 10:42
15 May 10:26
15 May 10:23
15 May 10:23
15 May 10:22
15 May 10:19
15 May 10:16
15 May 10:16
15 May 10:05
15 May 10:03
15 May 10:01
15 May 09:49
15 May 09:47
15 May 09:26
15 May 09:20
15 May 09:15
15 May 09:11
15 May 09:05
15 May 08:58
15 May 08:55
15 May 08:51
15 May 08:45
15 May 08:43
15 May 08:38
15 May 08:32
15 May 08:16
15 May 08:11
15 May 08:10
15 May 08:05
15 May 08:02
15 May 08:00
15 May 07:59
15 May 07:23
15 May 02:18
15 May 02:15
15 May 02:13
15 May 02:09
15 May 02:06
14 May 21:45
14 May 20:32
14 May 19:29
14 May 18:54
14 May 18:25
14 May 18:17
14 May 17:33
14 May 17:28
14 May 17:18
14 May 17:11
14 May 17:01
14 May 16:52
14 May 16:41
14 May 16:28
14 May 16:27
14 May 16:14
14 May 16:01
14 May 15:57
14 May 15:13
14 May 15:13
14 May 14:55
14 May 14:49
14 May 14:44
14 May 14:10
14 May 14:01
14 May 13:59
14 May 13:51
14 May 13:32
14 May 13:30
14 May 13:27
14 May 13:25
14 May 13:14
14 May 13:07
14 May 13:02
14 May 12:55
14 May 12:51
14 May 12:48
14 May 12:38
14 May 12:31
14 May 12:19
14 May 12:16
14 May 12:07
14 May 12:02
14 May 11:58
14 May 11:48
14 May 11:30
14 May 11:26
14 May 11:22
14 May 10:50
14 May 10:44
14 May 10:43
14 May 10:43
14 May 10:37
14 May 10:28
14 May 10:23
14 May 10:21
14 May 10:14
14 May 10:12
14 May 09:58
14 May 09:54
14 May 09:41
14 May 09:34
14 May 09:24
14 May 09:09
14 May 09:06
14 May 09:01
14 May 08:55
14 May 08:55
14 May 08:50
14 May 08:44
14 May 08:42
14 May 08:39
14 May 08:38
14 May 08:36
14 May 08:32
14 May 08:26
14 May 08:22
14 May 08:16
14 May 08:13
14 May 08:09
14 May 08:04
14 May 07:15
14 May 06:49
14 May 06:39
14 May 06:36
14 May 06:32
14 May 00:42
14 May 00:19
13 May 23:45
13 May 23:14
13 May 23:10
13 May 22:39
Ən son xəbərləri səhifəmizdən də izləyin