BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər TV-nin əməkdaşının qohumu koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

 

Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimli bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib: "Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.

 

Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş.APA

 

 

Fotoları təqdim edirik
Tarix: 7 İyul 2020, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin