BURADA REKLAMINIZ OLA
BİLƏR

Kür-Bankədə 2 sm artım qeydə alınıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avtomat hidroloji stansiyaların mayın 12-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

 

Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.

 

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

Tarix: 12 May 2025, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin