BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə həmkəndlisini öldürən şəxsdən xəbər var

Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İdris Alıyev barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 16 il həbs cəzası dəyişdirilib və 12 il cəza verilib.

 

İttihama görə, hadisə 16 iyul 2023-cü il tarixdə Şəmkir rayonu İrmaşlı kəndində qeydə alınıb.

 

Həmin kənd sakini İdris Alıyev həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirib.

 

Hadisəyə səbəb isə guya Fikrətin “VAZ-2107” minik markalı avtomobili onun üzərinə sürməsi, eləcə də İdrisi tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsi olub.

 

Kamal Məmmədov

 

 

Tarix: 13 May 2025, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin