BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Rzayev vətəndaşları qəbul etdi - FOTO

Mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

 

Komitədən Pravda.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

 

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

 

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

 

Komitə sədrinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Fotoları təqdim edirik
Tarix: 13 May 2025, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin