BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə maşınla müəllimi vuraraq öldürən “Prius”un sürücüsü ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə təqsirləndirilən Pərviz Rzayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 27 dekabr 2023-cü il tarixdə, saat 16:30 radələrində Nizami rayonu, Mehdi Abbasov küçəsi, 4 ünvanında yerləşən “Planet” şadlıq sarayının qarşısında qeydə alınıb.

 

Belə ki, Pərviz Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Pərviz Rzayev hadisə baş verən vaxt anasına dərman almağa gedirmiş. O, anasını xəstəxanaya yerləşdirdikdən sonra dərman almaq üçün aptekə gedib. Aptekdən qayıdan zaman qəza baş verib.

 

Həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.

 

Mərhumun ailəsi ilə Pərviz Rzayev arasında barışıq olub. O, yas xərclərini qarşılayıb, Faiq İbrahimovun ailəsinə üzrxahlıq edib.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə Pərviz Rzayevə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 14 May 2025, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin