BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəqai: İranın Azərbaycana səfirinin seçilməsi son mərhələdədir

İranın Azərbaycana səfirinin seçilməsi prosesi yekun mərhələdədir.

 

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən 36-cı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, İranın Azərbaycana səfirinin seçilməsi ilə əlaqədar lazımi işlər görülüb.

 

Bəqai bildirib ki, İranla Azərbaycan arasında münasibətlər həmişə dostluq və normal çərçivədə olub.

 

Qeyd edək ki, İranın Azərbaycandakı səfirinin Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.

Tarix: 14 May 2025, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin