BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi mebel ala bilmir

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nin mebel avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Bildirilib ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 65 211 AZN olub.

 

Cabir

Tarix: 16 May 2025, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin