BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanın daimi nümayəndəsi vəzifə borcunu yerinə yetirmir – İDDİA

Son 3 həftədə Naxçıvan MR hakimiyyəti 3 qalmaqallı sənədə imza atdı. İlk qalmaqal ötən ayın 27-də Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilməsi qərarı idi. Hazırda belə qüvvədə olan bu qərarın qanuni olmadığı bir çox ekspertlər tərəfindən təsdiqləndi.

 

Pravda.az-ın xəbərinə görə, ikinci “muxtar skandal” “Naxçıvan” adlı özəl universitetə rektor təyinatının təsisçi tərəfindən deyil, MR Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən edilməsiydi. Bu qərarın da müstəqil ekspertlər tərəfindən qanuni əsası olmadığı vurğulandı.

 

Dünən Naxçıvandan gələn son xəbər isə skandallıq dərəcəsinə görə, bəlkə də Kinnessin “Rekordlar” kitabına ən layiqli namizəd ola bilər. Söhbət ondan gedir ki, Ali Məclisin sədri Vasif Talıbov yerli parlamenti buraxmadan növbədənkənar seçki çağırmışdı. Bu da müxtəlif media qurumları tərəfindən 9 fevral 2020-ci il tarixində Naxçıvan qanunvericilik hakimiyyətinin “siam əkizinə” çevriləcəyi kimi qiymətləndirilmişdi.

 

Hürriyyət” qəzeti son 2 həftə ərzində gündəmdən düşməyən Naxçıvan həqiqətlərinə işıq tutmaq üçün Muxtar Respublikanın Bakıdakı Daimi Nümayəndəliyinə müraciət etdi. Nümayəndəliyin telefona cavab verən xanım əməkdaşı əvvəl jurnalistimizə “buyurun”, dedi. Ancaq onun bu nəzakəti uzun sürmədi. Əməkdaşımız “Naxçıvan Ali Məclisinin sədri yerli parlamenti buraxmadan seçkilər keçirməklə bağlı sərəncam imzalayıb” deyən kimi Nümayəndəliyin işçisi sualını davamını dinləmədən telefonu söndürdü. Təkar 492-53-12 nömrəli telefona zəng etdikdə dəstəyi götürsələr də,  eyni səsi eşitdikdə yenə telefonu söndürdülər. Daha 3-cü dəfə təkrarlanan zəngimizə də heç cavab verən tapılmadı. Biz də belə anladıq ki, Daimi Nümayəndəlik Muxtar Respublikada baş verənlər barədə media qurumlarını məlumatlandırmaq istəmir.

 

Biz də öz növbəmizdə Naxçıvan MR Daimi Nümayəndəliyinin Əsasnaməsinin bəzi müddəaları ilə qurumun rəhbəri Əsgərov Bəxtiyar Hüseynalı oğlunu tanış etmək qərarına gəldik. Bundan əvvəl isə Bəxtiyar müəllimə onu xatırlatmaqda yarar görürük ki, mərhum Heydər Əliyevə şeir həsr etməklə bir yerlərə gəlmək olar, amma o yerdə davamlı qalmaq üçün qaydaları və Əsasnamə borclarını yerinə yetirməlisən. Əks halda şeiri müəllifin qoltuğuna verib uzaq başı AYB üzv olmağa göndərərlər. Şeir qəhvə deyil ki, 40 il xətri ola!

 

İndisə, Naxçıvan MR Daimi Nümayəndəliyinin vəzifə borcları ilə tanış olun.

 

Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

7.5. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və ictimai–mədəni prosesləri haqqında kütləvi informasiya vasitələrinə məlumat verir;

 

III. Daimi Nümayəndəliyin vəzifələri

 

Daimi Nümayəndəlik aşağıdakı vəzifələri yerinə yetirir:

8.9. Naxçıvan Muxtar Respublikasında sosial–iqtisadi inkişaf, ictimai–mədəni proseslər haqqında kütləvi informasiya vasitələrinə məlumat vermək.

 

Əsasnamənin hər iki maddəsindən də göründüyü kimi Naxçıvanda baş verən sosial-iqtisadi və ictimai-mədəni proseslərlə bağlı KİV-lərini məlumatlandırmaq Bəxtiyar müəllimin idarəsinin bir nömrəli borcudur. Son iki həftədə gündəmə gələn həmin 3 skandal qərar da bu sahələrə daxildir.

Tarix: 11 Dekabr 2019, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin