BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda restoranın qarşısında ofisiant köməkçisini döydü - HÖKM

Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qulam Hacıyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 21 aprel 2025-ci il tarixdə, saat 19:30 radələrində Yasamal rayonu ərazisində yerləşən “Hanzade” restoranının qarşısında qeydə alınıb.

 

Belə ki, Qulam Hacıyev ofisiant işlədiyi sözügedən restoranının qarşısında həmin restoranda ofisiant köməkçisi işləyən zərərçəkmiş Bilal Quliyevlə (ad, soyadı şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, əli ilə zərərçəkmişin sifətindən vuraraq ona yüngül zərər yetirib.

 

Hadisədən sonra Qulam Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 16 May 2025, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin