BURADA REKLAMINIZ OLA
BİLƏR

Sağlam arıqlamağın yeni üsulu

Fasiləli oruc pəhrizi son dövrlərdə sağlam arıqlamaq və metabolizmanı sürətləndirmək üçün geniş yayılmış qidalanma modeli kimi tanınır.


Pravda.az bildirir ki, bu üsulda əsas məqsəd nə yeyiləcəyindən çox, nə zaman yeyiləcəyini müəyyən etməkdir. Fərqli saat intervalında qida qəbuluna icazə verən bu qidalanma formasında, bədən ehtiyat enerjini istifadə edərək yağ yandırır, insulini tənzimləyir və hüceyrə yenilənməsini stimullaşdırır.


Ən çox istifadə edilən formalar 16:8, 18:6 və OMAD metodlarıdır. Orucluq dövründə yalnız su, şəkərsiz çay və qəhvə qəbul olunur. Sağlam yağlar, protein, lifli tərəvəzlər və az şəkərli karbohidratlar əsas qida mənbələridir.


Mütəxəssislər bildirir ki, bu pəhriz metodu düzgün tətbiq olunduqda arıqlama, immunitetin güclənməsi, ürək-damar sağlamlığı və yaşlanmanın qarşısını alma kimi bir çox fayda verir. Lakin hamilələr, uşaqlar, şəkərli diabet xəstələri və xroniki xəstəlikləri olan şəxslər bu metodu mütləq həkim nəzarətində tətbiq etməlidirlər.


Əminə Bayramova 

Tarix: 16 May 2025, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin